Millimiz Latviyaya qalib gəldi - YENİLƏNİB

20:50 9 İyun 2018

Bu gün Azərbaycan yığması yoldaşlıq oyununda qüvvəsini sınayacaq.

 

Sportarena.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri Riqada Latviya millisinin qonağı olacaq.  Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

 

Bu, seçmə komandamızın Qurbanovun rəhbərliyi altında 6-cı qarşılaşması olacaq. Yığmamız bu il bundan öncə keçirdiyi 5 matçın 1-də qalib gəlib, 2-də heç-heçə edib, digər 2 görüşdə isə uduzub. Seçmə komandamız bir neçə gün öncə Astanada Qazaxıstan millisinə böyük hesabla (0:3) məğlub olub.

 

Yoldaşlıq oyunu

9 iyun

19:00 Latviya - Azərbaycan 1:3

Qol: Maksim Medvedev, 20. Cavid İmamverdiyev, 58. Emin Mahmudov, 63.
Hakimlər: Denis Şerbakov, Yuri Xomçanka, Andrey Xetsikov (hamısı Belarus) 
Dördüncü hakim: Aleksandr Anufriyev (Latviya)
Riqa. “Dauqava” stadionu


Digər xəbərlər

Xəbər xətti