"Real" Ronaldoya yeni müqavilə təklif etdi

16:35 9 İyun 2018

"Real" futbolçusu Kriştiano Ronaldoya yeni müqavilə təklif edib.

 

Sportarena.az xəbər verir ki, portuqaliyalı hücumçu yeni müqavilə təklifini qəbul etsə, ilinə 32.5 milyon avro qazanacaq.Bunun 25 milyonu maaş, qalanı isə bonus kimi nəzərdə tutulub.

 

Qeyd edək ki, 2009-cu ildən "Real"da oynayan Ronaldo Madrid klubundan 40 milyon avro maaş tələb edir. Tələbi yerinə yetirilməyəcəyi təqdirdə komandadan ayrılmağı düşünür..


Digər xəbərlər

Xəbər xətti