Şehiçin yeni klubunun adı məlum oldu

17:24 9 İyun 2018

Bir müddət əvvəl “Qarabağ”dan ayrılan İbrahim Şehiç karyerasını Türkiyə Super Liqasında davam etdirəcək.

 

Sportarena.az xəbər verir ki, bosniya və herseqovinalı qolkiper Türkiyənin “Ərzurumspor” klubu ilə anlaşıb. Yeni mövsümdən Super Liqada çıxış edəcək Ərzurum təmsilçisi Şehiçlə yaxın günlərdə müqavilə bağlayacaq. Bu barədə məlumatı klubun sosial şəbəkələrdəki fanat qrupları yayıb.

Şehiç əvvəllər də Türkiyədə - 2011-2013-cü illərdə “Mersin İdman Yurdu”nda forma geyinib.


Xəbər xətti