Emin Mahmudov: "Son məğlubiyyətdən sonra xarakter göstərə bildik"

Sportarena.az      9 İyun 2018, 22:50
Azərbaycan milli komandasının üzvləri Emin Mahmudov, Ruslan Abışov və Maksim Medvedev Latviya yığması ilə keçirilmiş yoldaşlıq oyunu barədə affa.az-a fikirlərini bildirib:

 

Sportarena.az xəbər verir ki, futbolçularmız bunları deyib:

 

Emin Mahmudov: “Nəticəyə baxmayaraq, çətin matç oldu. Aqressiv oyun göstərə bildik. Məşqçinin istədiyi hücum futbolunu nümayiş etdirə bildik. Düzdür, topu arzulanan səviyyədə idarə edə bilmədik. Əsas odur ki, son məğlubiyyətdən sonra xarakter göstərə bildik".
 
Ruslan Abışov: “Qazaxıstan yığmasına məğlubiyyətdən sonra qələbə qazanmaq istəyirdik. Onlara 0:3 uduzmağımız təsadüfi idi. Bəzi amillər var idi, biz ona hazır deyildik. Qarşıda vacib oyunlar var. Ümid edirəm, sentyabra qədər hər kəs klubunda lazımi hazırlıq keçib milliyə hazır formada gələr”.
 
Maksim Medvedev: “Qazaxıstan məğlubiyyəti bizim üçün dərs oldu. Həmin səhvləri etmədik. Canımızı qoyduq. Sona qədər vuruşduq və ən əsası, qolları vura bildik”
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin