Futbolçumuz qol vurdu, komandası qalib gəldi

10:57 10 İyun 2018

Futbol üzrə Latviya Birinci Liqasında 8-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi “Dauqavpils” də növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “JDFS Alberts” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.

 

Vüqar da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 90-cı dəqiqədə əvəzlənib. Komandasının qollarından birini də Əsgərov vurub. O, 73-cü dəqiqədə fərqlənib. Bununla da o, cari mövsümdə vurduğu topların sayını 8-ə çatdırıb.

 

“Dauqavpils” 8 turdan sonra 19 xalla ikinci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti