"Neftçi"nin büdcəsi 3 dəfə artırıldı - Bir şərtlə...

12:16 10 İyun 2018

Baş məşqçi postuna italiyalı Roberto Bordini gətirən "Neftçi" klubunun illik büdcəsi 3 qat artırılıb.

 

Sportarena.az Sportlife.az-a istinadən xəbər verir ki, SOCAR-dan "Neftçi"yə 2018/2019 mövsümü üçün 21 milyon manat büdcə ayrılıb. Bu, klub tarixi ərzində paytaxt təmsilçisinə ayrılan ən yüksək məbləğdir. Məlumat üçün bildirək ki, Dövlət Neft Şirkəti indiyədək "ağ-qaralar"a ən yaxşı halda 12 milyon manat ayırıb.


Vəsaitin 1/3 hissəsi klubun təlim-məşq bazasının tikintisi üçün nəzərdə tutulub. Bundan əlavə, 500 min manat da akademiya xərclərinə sərf olunacaq. Büdcənin yerdə qalan hissəsi isə əsas komandaya xərclənəcək.


Büdcənin artırılmasının qarşılığında "ağ-qaralar"ın idarəçilərinin qarşısına yalnız 1 şərt qoyulub – Azərbaycan Premyer Liqasının qızıl medallarını qazanmaq.
Xatırladaq ki, ötən mövsüm "Neftçi"nin büdcəsi 7 milyon manat təşkil edib.


Digər xəbərlər

Xəbər xətti