Edin Dzeko: "Qarabağ-ın yaxşı komanda olmadığını fikirləşirdik"

15:23 10 İyun 2018

"Roma"nın futbolçusu Edin Dzeko ötən mövsüm Çempionlar Liqasında keçirdikləri oyunları qısa şərh edib.

 

Sportarena.az xəbər verir ki, klubun telekanalına danışan 32 yaşlı hücumçu qrup mərhələsinin "Qarabağ"la matçlarını da xatırladıb:

 

"Hər kəs bizim 4:0 və ya 5:0 hesabı ilə qalib gələcəyimizi düşünürdü. Amma bu, Çempionlar Liqasında asan deyil. İlk hissədən sonra "Qarabağ"ın yaxşı komanda olmadığını fikirləşirdik. Amma ikinci hissədə əziyyət çəkdik. Bu, bizim üçün vacib oyun idi. Çünki 3 xal qazandığımız ilk matç idi".

 

Xatırladaq ki, "Qarabağ" doğma meydanda "Roma"ya 1:2, səfərdə 0:1 hesabı ilə uduzub.


Xəbər xətti