Dmitri Nazarov yorulub

16:45 10 İyun 2018

Millimizin üzvü Dmitri Nazarov çıxış etdiyi “Aue” klubunun iyunun 25-də başlayacaq təlim-məşq toplanışına bir neçə gün gec qoşulacaq.

 

Spo, bu barədə Almaniya mətbuatına açıqlamasında məlumat verən 28 yaşlı yarımmüdafiəçi baş məşqçi Hannes Dryusdan istirahət üçün əlavə 3-4 gün vaxt istəyəcəyini bildirib:

 

“Mövsüm təkcə fiziki deyil, psixoloji baxımdan da çox ağır keçdi. Bu il əvvəlki ilə müqayisədə daha gərgin alındı. Yorucu uzun yollar qət etməli olduq və yenidən bərpa olmağa vaxt olmadı”. 

 

Qeyd edək ki, Nazarovun “Aue”dən olan komanda yoldaşları istirahətə yollansalar da, o, millimizin toplanışına qatılıb. Təcrübəli futbolçu hazırlıq çərçivəsində Qırğızıstan (3:0) və Qazaxıstanla qarşılaşmalarda (0:3) meydana çıxıb, Latviya ilə oyunda (3:1) isə ehtiyatda qalıb.


Digər xəbərlər

Xəbər xətti