Jiru DÇ-2018-dən kənar qalacaq?

17:53 10 İyun 2018

Fransa millisinin hücumçusu Olivye Jiru zədələnib.

 

Sportarena.az xəbər verir ki, Jiru ABŞ-la yoldaşlıq görüşündə sıradan çıxıb. Qarşılaşmanın 58-ci dəqiqəsində başından zədə alan hücumçu əvəzlənib. Onun başına 6 tikiş atılıb. “Ekip” nəşrində Jirunun beyin silkələnməsi keçirməsi ehtimalı olduğu qeyd edilib.

 

Fransa millisinin baş məşqçisi Didye Deşam futbolçunun DÇ-2018-i buraxmaq ehtimalının olmadığını deyib. 

 

Hücumçu oyunda Osman Dembele ilə əvəzlənib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.


Xəbər xətti