Salah Kadırovla görüşdü

11:47 11 İyun 2018

Misir yığmasının hücumçusu Məhəmməd Salah DÇ-2018-in qrup mərhələsinin ilk turunda Uruqvayla oyuna hazır olduğunu bildirib.

 

Sportarena.az xəbər verir ki, bu barədə futbolçu bazar günü Qroznıdakı açıq məşqdən sonra jurnalistlərə açıqlama verib. 

Misir yığması dünən Qroznıya gəlib və "Axmat-Arena"da açıq məşq olub. Salah açıq məşqdə iştirak etməsə də, meydançaya çıxıb və azarkeşləri salamlayıb.

 

Misirli forvard çempionlar Liqasının finalında "Real"la oyunda çiynindən zədələnmişdi. Onun Uruqvayla oyunu buraxacağı ehtimal olunsa da, görünür, futbolçu artıq özünü hazır hiss edir:

 

"Özümü yaxşı hiss edirəm. Uruqvayla oyunda meydana çıxmağa köklənmişəm. Komandamızın hara kimi gedəcəyini bilmirəm. Ancaq turnirə yaxşı hazırlaşmışıq, ümidlərimiz böyükdür. 28 ildən sonra dünya çempionatında iştirak edəcəyik".

 

Salahla görüşmək üçün şəxsən Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov da stadiona gəlib.


Digər xəbərlər

Xəbər xətti