Rus futbolçudan Suaresə mesaj: "Onu dişləyə bilərəm"

Sportarena.az      11 İyun 2018, 12:02

Rusiya millisinin futbolçusu İlya Kupetov dünya çempionatının startından öncə maraqlı açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, müdafiəçi rəqib komandanın hücumçularını necə dayandıracağından söz açıb. O, öncə Uruqvay millisinin forvardı Luis Suares barədə danışıb. Kupetov ulduz futbolçudan çəkinmədiyini bildirib:

 

”Suaresdən qorxuram? Əlbəttə yox. Ehtiyac olarsa, onu dişləyə bilərəm”.

 

“Spartak”ın futbolçusu Misir yığmasının superstarı Məhəmməd Salahdan da qorxmadığını qeyd edib:

 

“Onun oynadığı futbol məni narahat etmir. Salahı Serxio Ramosun etdiyi kimi dayandıra bilərəm”.

 

Qeyd edək ki, Rusiya Misir, Uruqvayla yanaşı, Səudiyyə Ərəbistanı ilə A qrupunda yer alır. Mundialın açılış matçında ərəblərlə ruslar üz-üzə gələcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin