FİFA reytinq hesablama qaydalarında dəyişiklik etdi

13:30 11 İyun 2018

FİFA milli komandalar üçün yeni reytinqin tərtib olunma sistemini açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, yenilənmiş reytinq iyuldan tətbiq olunacaq.

 

Yeni siyahı hazırlanarkən bu amillər nəzərə alınacaq:

 

- Oyun pəncərəsindən kənar keçirilən yoldaşlıq görüşü üçün 5 xal;

- Pəncərə vaxtı keçirilən yoldaşlıq görüşü üçün 10 xal;

- UEFA Millətlər Liqasının qrup mərhələsinin oyunları üçün 15 xal;

- UEFA Millətlər Liqasının "pley-off" və final matçları üçün 25 xal;

- Qitə çempionatlarının və dünya çempionatlarının final mərhələlərinin seçmə oyunları üçün 25 xal;

- Qitə çempionatlarının final mərhələsində 1/4 finaladək oyunlar üçün 35 xal;

- Qitə çempionatlarının 1/4 final mərhələsindən sonrakı oyunlar və FİFA Konfederasiyalar Kubokunun bütün oyunları üçün 40 xal;

- Dünya çempionatının 1/4 final mərhələsinədək oyunlar üçün 50 xal;

- Dünya çempionatının 1/4 final mərhələsindən sonrakı oyunlar üçün 60 xal

 

Bu görüşlərdə qələbə 1, heç-heçə 0,5 əmsalla qiymətləndiriləcək, məğlubiyyət isə 0-a bərabər olacaq.

 

Digər tərəfdən, qitələrarası əmsallar ləğv olunacaq. Hazırda istifadə olunan versiyada Avropa və Cənubi Amerika komandaları ilə oyunlara Afrika, Şimali və Mərkəzi Amerika, Asiya, Okeaniya yığmaları ilə görüşlərdəkindən daha çox xal hesablanır.

 

Böyük yarışların ev sahibləri üçün ayrıca hesablama olacaq. Dünya çempionatının seçmə mərhələsində iştirak etmədiyi üçün Rusiya yığması 70-ci pilləyə enib və bu göstəricidə mundialın ən aşağı reytinqli komandasına çevrilib.


Digər xəbərlər

Xəbər xətti