"Neftçi"dən ilk transfer

16:11 11 İyun 2018

"Neftçi” 2018/2019 mövsümü üçün ilk transferini rəsmiləşdirib.

 

Sportarena.az xəbər verir ki, Tural Axundov “ağ-qaralar”la bir illik müqaviləyə imza atıb. 29 yaşlı cinah müdafiəçisi “Neftçi”nin heyətində 18 nömrəli formanı geyinəcək.

 

Tural Axundov karyerası ərzində "Muğan”ın (39 oyun, 3 qol), "Rəvan”ın (54 oyun), "Simurq”un (63 oyun) və "Kəpəz”in (62 oyun, 11 qol) formasını geyinib. Ötən mövsüm "Sumqayıt”ın heyətində çıxış edən Tural 32 görüşdə 4 qol vurub. Qurban Qurbanov milli komandaya baş məşqçi təyin olunandan sonra yığmaya da dəvət alan futbolçu, Belarus və Makedoniya ilə yoxlama görüşlərində forma geyinib.


Digər xəbərlər

Xəbər xətti