"Sumqayıt"dan daha bir transfer

17:00 11 İyun 2018

Əfran İsmayılovun ardından “Sumqayıt” daha bir futbolçu ilə müqavilə bağlayıb.

 

Sportarena.az xəbər verir ki, ötən mövsümü “Qəbələ”də keçirən Elvin Məmmədov qarşıdakı mövsümdə “Sumqayıt”ın şərəfini qoruyacaq.

 

Elvin Məmmədov “Qəbələ” (11 oyun, 2 qol) ilə yanaşı, “Turan” (47 oyun, 3 qol), “İnter” (52 oyun, 5 qol), “Qarabağ” (70 oyun, 3 qol), “Bakı” (73 oyun, 3 qol) və “Zirə”nin (40 oyun 5 qol) uğurları üçün çalışıb.

 

2008-ci ildə ilk dəfə əsas milliyə dəvət almış Elvin yığmamızın heyətində 37 qarşılaşmada 7 qola imza atıb.


Digər xəbərlər

Xəbər xətti