"Xəzər"in gələcək taleyinə aydınlıq gəldi

Sportarena.az      11 İyun 2018, 17:19

Birinci Divizionun son qalibi "Xəzər" klubunun gələcək taleyi rəsmən məlum olub.

 

Sportarena.az xəbər verir ki, komanda fəaliyyətini dayandırıb. Bu haqda bütün futbolçulara və klubun işçilərinə də məlumat verilib ki, özlərinə yeni iş yeri tapsınlar.

 

Ötən mövsümün ikinci yarısında səs-küylü transferlər edən klub rəhbərliyi mövsümün sonunda qeyri-peşəkarlıq göstərərək AFFA-nın lisenziya tələblərini yetirə bilmədilər. Halbuki öncə verilən açıqlamalarda klubun lisenziya tələblərinə cavab verdiyi, hətta əyalət təmsilçisi olacağı bildirilirdi. Görünən odu ki, lisenziya şərtlərini yerinə yetirə bilməyən "Xəzər" növbəti illərdə fəaliyyət göstərməyə ehtiyac görməyib. Yəqin klub rəhbərliyi ilk mövsümdəcə Premyer Liqada oynamaqla bağlı planlar qururmuş. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin