"Neftçi" Avropa Liqasına harada hazırlaşacaq?

17:48 11 İyun 2018

“Neftçi”nin 2018/2019 mövsümü üçün yay hazırlıq proqramı müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, hazırda istirahətdə olan “ağ-qaralar” iyunun 17-də təlim-məşq bazasında bir araya gələcək və baş məşqçi Roberto Bordinin rəhbərliyi altında ilk məşqinə çıxacaq. Bu gündən isə futbolçular tibbi müayinədən keçməyə başlayıb.

 

“Neftçi” iyunun 22-nə qədər paytaxtda məşqləri davam etdirəcək. Daha sonra təlim-məşq toplanışının növbəti mərhələsi üçün Türkiyəyə yola düşəcək. İyulun 6-dək Topuk yaylası bölgəsində baş tutacaq hazırlıq prosesində Roberto Bordinin yetirmələri 4 yoxlama görüşü keçirəcək


Digər xəbərlər

Xəbər xətti