Tural Axundov: "Neftçi"yə gəlmişəmsə, deməli, yaxşı olacaq”

23:22 11 İyun 2018

“Neftçi”nin yeni transferi Tural Axundov paytaxt klubuna keçidi ilə bağlı ilk fikirlərini bölüşüb.

 

Sportarena.az xəbər verir ki, o, klub televiziyasına açıqlamasında bunları söyləyib:

 

“Əlbəttə, “Neftçi”yə gəlmək hər bir futbolçunun arzusudu. Çox şad oldum ki, mən də “Neftçi” ailəsinə qoşuldum. Bu kluba gəldiyim üçün çox xoşbəxtəm. “Neftçi” fanatları bəlkə də Azərbaycanın bir nömrəli azarkeşləridi. Qarşıda bizi Avroliqa oyunları gözləyir. Çalışacam ki, komandada öz yerimi möhkəmləndirim və sabit oyun göstərim. Məncə, bu, alınacaq. Çünki qarşıma məqsəd qoymuşamsa, bu kluba gəlmişəmsə, deməli, yaxşı olacaq”.


Digər xəbərlər

Xəbər xətti