"Qarabağ"da yeni müqavilə

10:31 12 İyun 2018

Çempionlar Liqasında çıxış edəcək "Qarabağ" futbolçusu Vild-Donald Gerye ilə yeni müqavilə imzalayıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı yarımmüdafiəçi ölkəsinin mətbuatına verdiyi açıqlamada deyib. 29 yaşlı bildirib ki, gələn mövsümün sonunda başa çatacaq mövcud sözləşməsinin müddətini daha bir il artırıb. 

 

Qeyd edək ki, haitili oyunçu ötən il "Alanyaspor"dan Ağdam klubuna keçmişdi.


Digər xəbərlər

Xəbər xətti