"Neftçi"dən növbəti transfer

12:18 12 İyun 2018

"Neftçi” daha bir transferini rəsmiləşdirib.

 

Sportarena.az xəbər verir ki, "Sumqayıt"dan ayrılan Rəşad Eyubovla 1 illik müqavilə imzalayıb. 25 yaşlı yarımmüdafiəçi "ağ-qaralar”ın heyətində 4 nömrəli formanı geyinəcək.

 

Rəşad Eyubov ötən mövsümü "Sumqayıt” klubunun heyətində keçirib və 28 oyunda 4 qol vurub. O, karyerası ərzində Ukraynanın "Çernomorets” və "Metallurq” klubları ilə yanaşı, ölkəmizdə "Simurq”, "Xəzər Lənkəran”, "Kəpəz” və "Qəbələ”də də çıxış edib.

Qeyd edək ki, "Neftçi” bundan öncə cinah müdafiəçisi "Sumqayıt"dan Tural Axundov və "Kəpəz"dən braziliyalı hücumçu Dario Frederiko ilə münasibətlərini rəsmiləşdirib.


Digər xəbərlər

Xəbər xətti