De Xea "Real"la danışıqlar aparmaqdan imtina etdi

12:35 12 İyun 2018

"Real" qapıçı transferi üçün axtarışlar edir.

 

Sportarena.az xəbər verir ki, "kral klubu" Keylor Navasla rəqabət aparması üçün "Mançester Yunayted"də çıxış edən David de Xeaya göz dikib. İngiltərə mətbuatının məlumatına görə, Madrid təmsilçisi De Xeadan müsbət cavab ala bilməyib. 27 yaşlı qapıçı dünya çempionatına konsentrasiya olduğunu bildirərək, təklif haqda düşünmədiyini deyib.

 

İspaniyamillisinin üzvü 2011-ci ildən "qırmızı şeytanlar"ın qapısını qoruyur. Onun müqaviləsi 2019-cu ildə başa çatacaq.


Xəbər xətti