ÇL-də ilkin mərhələnin püşkü atıldı

Sportarena.az      12 İyun 2018, 14:30

Bu gün Çempionlar Liqasında 2018/19 mövsümünün ilk mərhələsinin püşkü atılıb.

 

Sportarena.az xəbər verir ki, püşk mərasimi İsveçrənin Nyon şəhərində keçirilib. ÇL-in ilkin mərhələsində UEFA-nın klub reytinqinə görə ən zəif 4 komanda iştirak edəcək. Bunlar “Santa-Koloma” (Andorra), “Linkoln” (Cəbəllütariq), La-Fiorita (San-Marino) və “Drita”dı (Kosovo). Onlar növbəti mərhələyə yüksəlmək üçün 1 vəsiqə uğrunda mübarizə aparacaqlar.

 

ÇL-in 1-ci və 2-ci mərhələlərinin püşkü iyunun 19-da atılacaq. Yeni avrokubok mövsümü isə iyunun 26-da start götürəcək.

 

Çempionlar Liqası

Çempionlar yolu, ilkin mərhələ

FK Santa Koloma (Andorra) - Drita (Kosovo)
La Fiorita (San-Marino) - Linkoln (Cəbəllütariq)

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin