Mahmud Qurbanov "Neftçi"də

Sportarena.az      12 İyun 2018, 15:03

“Neftçi”nin əvəzedici komandasına baş məşqçi təyinatı olub.

 

Sportarena.az xəbər verir ki, bu vəzifəni Mahmud Qurbanov yerinə yetirəcək.

 

1996-1997, 2004-2005-ci illərdə "Neftçi”də çıxış edən Qurbanov "Kəpəz”, "Şəmkir”, "Fulad” (İran), "Tavriya” (Ukrayna), "Xəzər Lənkəran”, "İnter” və "Bakı” klublarında da oynayıb. "Professor” ləqəbli futbolçu rekord sayda - 11 dəfə Azərbaycan çempionatının, 4 dəfə isə ölkə kubokunun qalibi olub. Azərbaycan milli komandasının heyətində 76 oyunda meydana çıxıb, 1 qol vurub.

 

Mahmud Qurbanov futbolçu karyerasını başa vurandan sonra "Kəpəz”in baş məşqçisi, Azərbaycan millisinin baş məşqçisinin köməkçisi vəzifələrində çalışıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin