"Zirə"dən ilk transfer

15:24 12 İyun 2018

“Zirə” yay fasiləsinin ilk transferini həyata keçirib.

 

Sportarena.az xəbər verir ki, “qartallar” İlkin Qırtımovla anlaşıb. “Neftçi”ylə yollarını ayıran cinah müdafiəçisi yeni mövsümdən “Zirə”nin formasını geyinəcək. 28 yaşlı futbolçu yeni komandası ilə bir illik müqavilə bağlayıb.

 

Qırtımov əvvəllər “Simurq” və “Keşlə”də də çıxış edib.


Xəbər xətti