DÇ-2018-in ən bahalı komandası hansıdı?

16:42 12 İyun 2018

İyunun 14-də Rusiyada start götürəcək futbol üzrə dünya çempionatında iştirak edəcək komandaların heyətindəki futbolçuların dəyəri açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, Fransa yığması heyətinə görə bu mundialın ən bahalı komandası olub. Belə ki, bu yığmanın üzvlərinin bütövlükdə dəyəri 1 milyard 410 milyon avroya çatır.

 

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) tərəfindən hazırlanan siyahıda ikinci yeri İngiltərə yığması (1 milyard 386 milyon avro), üçüncü pilləni isə Braziliya millisi (1 milyard 269 milyon avro) tutur.

 

DÇ-2018-in ən ucuz heyətə malik komandası Panamadı. Bu komandanın üzvlərinin dəyəri bütövlükdə 15 milyon avro təşkil edir. Səudiyyə Ərəbistan millisinin üzvləri 21, İran yığmasının futbolçuları isə 40 milyon avro ilə dəyərləndirilir.

 

DÇ-də iştirak edəcək 32 komandanın ümumi dəyəri isə 12,6 milyard avrodu.

 

1. Fransa - 1 milyard 410 milyon avro
2. İngiltərə - 1 milyard 386 milyon
3. Braziliya - 1 milyard 269 milyon
4. İspaniya - 965 milyon
5. Argentina - 925 milyon
6. Almanya - 895 milyon
7. Belçika - 835 milyon
8. Portuqaliya - 656 milyon
9. Uruqvay - 529 milyon
10. Xorvatiya - 416 milyon
11. Danimarka - 342 milyon
12. Seneqal - 320 milyon
13. Serbiya - 305 milyon
14. Polşa - 293 milyon
15. Kolumbiya - 279 milyon
16. İsveçrə - 246 milyon
17. Misir - 232 milyon
18. Nigeriya - 192 milyon
19. Meksika - 153 milyon
20. İsveç - 152 milyon
21. Mərakeş - 138 milyon
22. Rusiya - 132 milyon
23. Cənubi Koreya - 123 milyon
24. İslandiya - 79 milyon
25. Yaponiya - 61 milyon
26. Peru - 59 milyon
27. Avstraliya - 58 milyon
28. Tunis - 58 milyon
29. Kosta Rika - 49 milyon
30. İran - 40 milyon
31. Səudiyyə Ərəbistanı - 21 milyon
32. Panama: 15 milyon


Xəbər xətti