"Sumqayıt"dan daha bir transfer

17:17 12 İyun 2018

"Sumqayıt" klubu 2018/2019 mövsümü üçün növbəti transferini həyata keçirib. 

 

Sportarena.az xəbər verir ki, “kimyaçılar” son olaraq, “Kəpəz”də çıxış etmiş Şəhriyar Əliyevi heyətinə qatıb. 25 yaşlı müdafiəçi “Sumqayıt”la bir illik müqavilə imzalayıb. Şəhriyar “Bakı”, “Qarabağ” və "Qəbələ"də çıxış edib.

 

Əliyev Azərbaycanın U-21 və əsas millilərinin şərəfini qoruyub.


Xəbər xətti