"Qəbələ"nin futbolçusu "Sumqayıt"da

18:32 12 İyun 2018

2018/2019 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçu ilə müqavilə imzalayıb.

 

Sportarena.az kluba istinadən xəbər verir ki, “kimyaçılar” “Qəbələ”nin üzvü Yusif Nəbiyevi bir illik icarəyə götürüb.

 

Yusif Nəbiyev 2016/2017 mövsümündə də “Sumqayıt”ın şərəfini qoruyub. 20 yaşlı cinah müdafiəçisi 19 oyunda (1268 dəqiqə) 3 qola imza atıb.


Digər xəbərlər

Xəbər xətti