"Fənərbaxça"da ayrılıq

23:15 12 İyun 2018

Türkiyənin "Fənərbaxça" klubu futbolçusu Fernandao ilə yollarını ayırıb. 

 

Sportarena.az xəbər verir ki, 31 yaşlı hücumçu karyerasını Səudiyyə Ərəbistanının "Əl Vəhda" klubunda davam etdirəcək. Transferin detalları barədə məlumar verilməyib.

 

Qeyd edək ki, braziliyalı futbolçu 2015-ci ildən İstanbul klubunda çıxış edirdi. Ötən mövsüm uzun müddət zədədən əziyyət çəkən Fernandao Superliqada 18 oyuna çıxıb və 9 qol vurub.


Digər xəbərlər

Xəbər xətti