FİFA DÇ-2018-dən nə qədər qazanacaq? - Fantastik məbləğ

12:38 13 İyun 2018

FİFA Rusiyada keçiriləcək dünya çempionatından 6.1 milyard dollar gəlir götürəcək. 

 

Sportarena.az xəbər verir ki, bu məbləğ 2014-cü ildə keçirilən mundialın qazancından 1.3 milyard dollar çoxdur. Yayım hüquqlarından əldə olunan vəsait isə 2 faiz artıb. Həmçinin, FİFA sponsorluq müqavilələrindən gözləniləndən 200 milyon dollar çox gəlir əldə edəcək.

 

Bu, Çin şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi nəticəsində mümkün olub. Yarışa sponsorluq edən 20 şirkətdən 7-si Çini təmsil edir. 2014-cü ildəki mundialda isə Çindən yalnız bir şirkət var idi. 


Xəbər xətti