DÇ-2026-a ev sahiblik edəcək ölkələrin adları açıqlandı

15:18 13 İyun 2018

2026-cı ildə keçiriləcək dünya çempionatına hansı ölkələrin ev sahibliyi edəcəyi məlum olub.

 

Sportarena.az xəbər verir ki, 8 il sonra baş tutacaq turnirə ABŞ, Meksika və Kanada ev sahibliyi edəcək. Şimali Amerika ölkələri turniri birlikdə təşkil edəcəklər.

2026-cı ildə təşkil olunacaq dünya çempionatında ilk dəfə 48 komanda iştirak edəcək. 48 oyun qrup mərhələsində, 32 qarşılaşma isə pley-offlarda olmaqla cəmi 80 matç oynanılacaq.

 

Şimali Amerikada sonuncu dəfə dünya çempionatı 1994-cü ildə ABŞ-da təşkil olunub. Kanada heç vaxt mötəbər turnirə ev sahibliyi etməyibsə, Meksika daha əvvəl - 1970 və 1986-cı illərdə iki dəfə mundialı təşkil edib.

 

DÇ-2026-ya ev sahibliyi etməyə Mərakeş də iddialı idi.


Xəbər xətti