"Sumqayıt"da yeni təyinat

17:11 13 İyun 2018

Bu gün “Sumqayıt” Futbol Akademiyasının yeni - 2018/2019 futbol mövsümü üçün iclası keçirilib.

 

Sportarena.az  xəbər verir ki, iclasda klubun idman direktoru Zamiq Hüseynov və əsas komandanın baş məşqçisi Nazim Süleymanov da iştirak edib.

 

İlk öncə akademiyanın baş koordinatoru vəzifəsinə təyin edilən Aqil Məmmədov məşqçi heyətinə təqdim olunub. Daha sonra növbəti mövsüm üçün akademiyanın iş prinsipi müəyyənləşdirilib, məşqçilərin fikir və təklifləri dinlənilib.


Digər xəbərlər

Xəbər xətti