Cüdo üzrə Azərbaycan birinciliyi başa çatdı

21:09 13 İyun 2018

Sumqayıt Olimpiya idman kompleksində U-23 gənclər arasında Azərbaycan birinciliyinə yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, yarışın ikinci günü oğlanlar arasında 5 çəki dərəcəsində mükafatçılar məlum olub. Rüfət Məmmədov (73 kq), Samir Ağayev (81 kq), Azər Yaqubov (90 kq), Adil Kərimli (100 kq), Camal Feyziyev (+100 kq) qızıl medal qazanıb.



Ümumi medal sayında “Neftçi” İdman Klubu İB 11 medal (3 qızıl, 3 gümüş və 5 bürünc) qazanaraq birinci olub. “Atilla” klubu 4 medal (3 qızıl və 1) əldə edərək ikinci yeri tutub. 5 medala (1 qızıl, 2 gümüş və 2 bürünc) sahib olan “Judo Club 2012” isə ölkə birinciliyini üçüncü yerdə başa vurub.

 

Qalib və mükafatçılara Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının diplom və medalları verilib.


İki gün davam edən ölkə birinciliyində ümumilikdə 49 klubdan 373 cüdoçu (306 oğlan, 67 qız) mübarizə aparırdı.


Digər xəbərlər

Xəbər xətti