Fransada Mbappe şoku

23:08 13 İyun 2018

Fransa millisinin hücumçusu Kilian Mbappe zədələnib.

 

Sportarena.az xəbər verir ki, 19 yaşlı forvard məşqdə Adil Rami ilə mübarizədə xəsarət alıb.  Sağ ayağından zədə alan Mbappe paltardəyişmə otağına həkimlərin müşayiəti ilə yollanıb. Hələlik fransız futbolçunun zədəsinin nə dərəcədə ciddi olduğu məlum deyil. 

 

Xatırladaq ki, Fransa millisi DÇ-2018-dəki ilk oyununu iyunun 16-da Avstraliyaya qarşı keçirəcək. 


Digər xəbərlər

Xəbər xətti