DÇ-2018-in ən populyar komandası hansıdı?

14:41 14 İyun 2018

Portuqaliya millisi DÇ-2018 iştirakçıları arasında ən populyar komandadı.

 

Sportarena.az xəbər verir ki, sosial şəbəkədə aparılan araşdırmalar belə deməyə əsas verir. “Marka”nın araşdırmasına görə, Avropa çempionlarının “facebook”, “instaqram” və “tvitter”də ümumilikdə 360 milyon izləyicisi var. Təbii ki, izləyicilərin çox hissəsi - 320 milyona yaxını Kriştiano Ronaldonun payına düşür.

 

Portuqaliya qrup mərhələsində İspaniya, Mərakeş və İranla mübarizə aparacaq.


Xəbər xətti