"Netçi"yə "yox" deyən məşqçi Ərəbistan klubunda

16:17 14 İyun 2018

Bir müddət adı “Neftçi” ilə hallanan Marius Şumuditsanın yeni klubu müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, rumıniyalımütəxəssis karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək. “Neftçi”nin təklifindən imtina edən çalışdırıcı “Əl-Şabab”la anlaşıb. O, yeni komandası ilə 2 illik müqaviləyə qol çəkib.

 

Qeyd edək ki, Şumuditsa maliyyə məsələsində razılığa gələ bilmədikləri üçün “Neftçi”yə “yox” demişdi.


Xəbər xətti