"Real"da yeni dönəm başladı

10:31 15 İyun 2018

İspaniyanın “Real” klubu yeni baş məşqçisini rəsmən təqdim edib.

 

Sportarena.az xəbər verir ki, öncədən də gözlənildiyi kimi, Madrid təmsilçisi Xulen Lopeteqiyə həvalə olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 51 yaşlı mütəxəssis paytaxt təmsilçisi ilə 3 illik müqaviləyə imza atıb.

 

Lopeteqi yeni təyinatı ilə bağlı fikirlərini də bölüşüb:

 

“Ötən gün (millinin baş məşqçisi postundan uzaqlaşdırılmasını nəzərdə tutur - red.) mənim üçün anamın ölümündən sonrakı ən ağır günüm idi. Amma bu gün ən xoşbəxt günümdü. “Real”a və klubun prezidentinə mənə göstərdiyi etimada, yaratdığı imkana görə təşəkkürümü bildirirəm. Bu vəzifəni böyük fəxrlə qəbul edirəm. Necə bir kluba gəldiyimi dərk edirəm. Burada necə yüksək tələbin olmasının da fərqindəyəm. Mən və komandam ən yüksək hədəflərə çatmaq üçün var gücümüzü sərf edəcəyik”.


Digər xəbərlər

Xəbər xətti