Rusiya millisinə bəd xəbər

Sportarena.az      15 İyun 2018, 11:02

Futbol üzrə Rusiya yığması DÇ-2018-in açılış matçında Səudiyyə Ərəbistanına 5:0 hesabıyla qalib gəlsə də, bu oyunda ciddi itki ilə üzləşib.

 

Sportarena.az xəbər verir ki, qarşılaşmanın ilk yarısındaca topsuz vəziyyətdə əzələsini dartan Alan Dzaqoyev matçı davam etdirə bilmədi. Bu üzdən də o, erkən əvəzlənmək məcburiyyətində qalıb.

 

Artıq Moskva ÇSKA-sının şərəfini qoruyan futbolçunun durumuna aydınlıq gəlib. Dzaqoyevin azı 1-2 həftə oynaya bilməyəcəyi bildirilir. Bunu yığmanın həkimi, həmçinin Rusiya Premyer Liqasının prezidenti Sergey Pryadkin də təsdiqləyib. Bu isə futbolçunun qrup mərhələsindəki növbəti oyunlarda iştirak edə bilməyəcəyindən xəbər verir.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin