Bordin açıqladı: "Neftçi" italiyalı futbolçularla maraqlanır

12:32 15 İyun 2018

"Neftçi"nin yeni baş məşqçisi Roberto Bordin "TuttoMercatoWeb" nəşrinə açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, italiyalı mütəxəssis “Neftçi”ylə bağlı hədəflərindən də danışıb:

 

“Neftçi”nin iki illik layihəsi xoşuma gəldi. Futbol ictimaiyyəti bu komandanın yüksək yerlərə qayıtmasını arzulayır. Klubla iki illik müqaviləm var. Hədəfə çatmaq çətin olacaq. Çünki rəqiblərimiz sırasında güclü komandalar var. Məsələn, "Qarabağ" son illərdə böyük uğurlar əldə edib".

 

Bordin transfer məsələləri haqda da fikrini bildirib:

 

“Artıq rəqabətədavamlı, yaxşı komandamız var. Amma bizə yenə güclənmək lazımdı. Maraqlandığımız futbolçular arasında italiyalılar da var. Bu, dil baxımından da vacibdi”.

 

O, niyə məhz “Neftçi”ni seçdiyinə belə aydınlıq gətirib:

 

“Mənimlə maraqlanan klublar var idi. Amma yalnız "Neftçi" ilə təmasda oldum. Bu klub məni çox istəyirdi. Moldovada (“Şerif”) çox yaxşı çalışdım, vacib hədəflərə nail olduq. Azərbaycanda da Moldovadakı kimi bacaracağıma, amma gələcəkdə evimə qayıdacağıma inanıram".

 

Qeyd edək ki, Bordin "Neftçi" ilə iki illik müqavilə bağlayıb.


Xəbər xətti