Aqolli 2 saniyəyə yenilədiyi müqavilədən danışdı: "Daha uğurlu mövsüm keçirmək üçün əlimizdən gələn hər şeyi edəcəyik"

13:15 15 İyun 2018

Albaniya milli komandasının sabiq kapitanı Ansi Aqolli "Qarabağ"la müqaviləsini yeniləməsindən danışıb.

 

Sportarena.az xəbər verir ki, 36 yaşlı müdafiəçi bu barədə şəxsi "Instagram"ında açıqlamasında müqaviləsini yeniləməsinin cəmi 2 saniyə vaxt apardığını yazıb:

 

"İkinci evim olan "Qarabağ"da daha bir il keçirəcəyimə görə xoşbəxtəm. Söz verirəm ki, bu il də geridə qalan 8 ildə göstərdiyim performansın eynisini təkrarlamağa çalışacağam. Keçənilki uğurlarımızı təkrarlamaq və daha uğurlu bir mövsüm keçirmək üçün əlimizdən gələn hər şeyi edəcəyik. Forever "Qarabag".

 

Qeyd edək ki, 2010-cu ilin iyulundan "Qarabağ"da çıxış edən Ansi Aqolli ötən gün klubla müqaviləsini 2019-cu ilin iyununadək uzadıb. 


Xəbər xətti