Səudiyyə Ərəbistanı millisinin düşərgəsində qalmaqal - Üç oyunçu cəzalandırılacaq

14:35 15 İyun 2018

Səudiyyə Ərəbistanı Futbol Federasiyasının prezidenti Adel İzzat DÇ-2018-in açılış matçında Rusiyaya 0:5 hesablı məğlubiyyətə görə 3 futbolçunu cəzalandıracağını açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, o bildirib ki, qapıçı Abdulla əl-Mayuf, müdafiəçi Ömər Havsavi və hücumçu Məhəmməd əl-Səhləviyə cəza tətbiq edəcəklər:

 

"Bu, tamamilə xoşagəlməz nəticədi və hazırlığımızın səviyyəsini əks etdirmir. Bir neçə oyunçu - qapıçı Abdulla əl-Mayuf, hücumçu Məhəmməd əl-Səhləvi və müdafiəçi Ömər Havsavi cəzalandırılacaq".


Xəbər xətti