Şəhriyar Məmmədyar 6-cı oldu

15:07 15 İyun 2018

Belçikanın Lyoven şəhərində şahmat üzrə “Grand Chess Tour” seriyasının I mərhələsi davam edir.

 

Sportarena.az xəbər verir ki, yarışda rapid növü üzrə mübarizə yekunlaşıb. Turnirdəki təmsilçimiz Şəhriyar Məmmədyarov son üç turda Maksim Vaşye-Laqrav (Fransa), Aleksandr Qrişuk (Rusiya) və Hikaru Nakamura (ABŞ) ilə qarşılaşıb. Məmmədyarov ilk iki rəqibi ilə heç-heçə edib, digərinə uduzub.

 

Bununla da, 9 turdan 9 xal toplayan şahmatçımız 10 şahmatçı arasında 6-cı olub. İlk pillədə Uesli So (ABŞ) qərarlaşıb. Qeyd edək ki, qaydalara əsasən, xallar ikiqat hesablanır.

 

Turnirin son iki günündə şahmatçılar blits növündə mübarizə aparacaqlar.


Xəbər xətti