"Real"dan rəsmi transfer

17:23 15 İyun 2018

Komandanın sükanı arxasına Xulen Lopeteqini gətirən “Real” mövsümlərarası fasilədə ilk transferini gerçəkləşdirib.

 

Sportarena.az xəbər verir ki, “kral klubu” “Santos”un 17 yaşlı hücumçusu Rodriqo Qoisi heyətinə qatıb. Məlumatı Braziliya klubunun rəsmi saytı yayıb. Keçidin maliyyə tərəfləri açıqlanmasa da, ispanların qarşı tərəfə 45 milyon avro ödədiyi iddia olunur. Gənc forvardın özü isə yeni klubunda illik 4 milyon avro qazanacaq. Futbolçu ilə 5 illik müqavilə imzalanacaq.

 

 

Qeyd edək ki, Rodriqo 2019-2020 mövsümünə kimi “Real”ın U-19 komandasında forma geyinəcək.


Digər xəbərlər

Xəbər xətti