Jezniçak: "Qarabağ"la "Qəbələ" Polşada çempionluq üçün yarışa bilərlər"

22:18 15 İyun 2018

"Günəşli havanı sevdiyim üçün Azərbaycana tez uyğunlaşdım. Qışda Bakıda 2-5 dərəcə isti olur. Azərbaycanla Polşa tam fərqlidir. Məşqləri çox vaxt axşamlar edirik. Ötən mövsüm "Kopenhagen"lə ÇL-in pley-off matçı zamanı rəqib komanda 30-cu dəqiqədən sonra tükənmişdi. İsti hava onlara təsir etmişdi.Həmin gün oyun 20:00-da başlamışdı, havanın temperaturu isə 37 dərəcə idi".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın müdafiəçisi Yakub Jezniçak sööyləyib. 31 yaşlı futbolçu bir çox məsələlərə toxunub. O, "Qarabağ"a gələrkən ehtiyatlanmadığını bildirib:

 

"Təklif gələndə məşqçim Yaçek Maqyero ilə danışdım. O, həm də dostumdur. O, mənə legioner həyatı yaşamaq üçün son şansımın olduğunu dedi."Qarabağ" hər mövsüm avrokuboklarda çıxış edir. Ötən il ÇL-in qrupunda oynadıq. Başqa ölkədə, mühitdə çıxış etmək istədim. Baxmayaraq ki, özümü "Legiya"dan başqa komandada görmürdüm".

 

Jezniçak Azərbaycan və Polşa çempionatılarını müqayisə edib:

 

"Fərqli çempionatlardır. Azərbaycanda "Qəbələ" və "Qarabağ" digər klubları üstələyir. Bu iki komanda Polşada ötən mövsüm qızıl medallar uğrunda yarışa bilərdi. Digər 6 komanda isə aşağı yerlərdə qərar tutardılar".

 

Təcrübəli futbolçu Polşanın dünya çempionatındakı şansları haqda da danışıb:

 

"Dünya çempionatı ən böyük turnirdir. Dünyanın ən güclü komandaları mübarizə aparır. İlk iki oyundan çox şey asılı olacaq".


Digər xəbərlər

Xəbər xətti