Ronaldodan yeni rekordlar

Sportarena.az      16 İyun 2018, 10:47

Portuqaliya millisinin lideri Kriştiano Ronaldo tarixə düşüb.

 

Sportarena.az xəbər verir ki, 33 yaşlı forvard DÇ-2018-in İspaniya ilə matçında qol vuraraq adını tarixə yazdırıb.
Belə ki, penaltidən vurduğu qolla hesabı açan Ronaldo üst-üstə 8 böyük turnirdə fərqlənən ilk oyunçu olub. Kriştiano AÇ-2004, DÇ-2006, AÇ-2008, DÇ-2010, AÇ-2012, DÇ-2014, AÇ-2016-dan sonra DÇ-2018-də də ən azı bir dəfə rəqib qapıçını məyus edə bilib.

 

Üstəlik, ardıcıl 4 dünya çempoionatında da qol vuran Ronaldo (DÇ-2006, DÇ-2010, DÇ-2014) tarixdə bunu bacaran 4-cü oyunçu olub. Daha əvvəl Uve Zeeler, Pele və Miroslav Kloze bu göstəricini təkrarlayıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin