Cüdoçularımızdan 8 medal

Sportarena.az      16 İyun 2018, 14:20

Qlazqoda usta cüdoçular arasında Avropa çempionatı keçirilir.

 

Sportarena.az xəbər verir ki, yarışın ilk 2 günü Azərbaycan yığması üçün uğurlu alınıb. Belə ki, veteran cüdoçularımızdan 8-i fəxri kürsüyə qalxıb. Onlardan Fərhad Rəcəbli (90 kq) növbəti dəfə Avropa çempionu tituluna yiyələnib. Digər təmsilçilərimizdən Babək Hacıyev (60 kq), Vüqar Budaqov (73 kq), Rüfət İsmayılov (81 kq), Azər Əsgərov, Yaman Fətiyev, Hafiz Hacıyev ( hər üçü 100 kq) və Məhəmməd Müslimzadə (+100 kq) müxtəlif yaş qruplarında 3-cü yeri tutublar.

 

Qeyd edək ki, komandamız səfərə 37 cüdoçu ilə yollanıb. Sabah başa çatacaq Avropa çempionatına isə 35 ölkənin 1191 cüdoçusu qatılıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin