Danimarkada şok itki

17:18 17 İyun 2018

Futbol üzrə Danimarka yığması DÇ-2018-ə Peru üzərində qələbə ilə başlasa da, elə ilk oyundaca çox ciddi itki ilə üzləşib.

 

Sportarena.az xəbər verir ki, sözügedən millinin müdafiəçisi Vilyam Kvist bu görüşdə ağır zədə alıb. Matçın 35-ci dəqiqəsində sıradan çıxan futbolçunun zədəsi gözləniləndən də ciddidi. Oyunu davam etdirə bilmədiyi üçün Lasse Şöne ilə əvəzlənən müdafiəçi üçün mundial erkən başa çatıb. Kvistin dünya çempionatının sonunadək sıraya dönməsinin mümkünsüz olduğu açıqlanıb.

 

C qrupunda yer alan Danimarka yığmasını qarşıda Fransa və Avstraliya ilə oyunlar gözləyir.


Digər xəbərlər

Xəbər xətti