PSJ-nin prezidenti Rusiyaya getdi - Ronaldo ilə görüşmək üçün

16:29 17 İyun 2018

"Real"la müqaviləsini yeniləmək və aldığı 21 milyon avrodan daha çox qazanmaq istəyən Kriştanu Ronaldonun klubundan ayrılacağı ilə bağlı xəbərlər yayımaqda davam edir.
 
Sportarena.az xəbər verir ki, bu barədə İspaniyanın "Marca" qəzeti növbəti iddia ilə çıxış edib, PSJ-nin prezidenti Nasir Əl-Xelaifi Rusiyada keçirilən dünya çempionatına Ronaldonu "ovlamaq" üçün yollanıb. Onun burada həm Ronaldo, həm də onun meneceri Xorxe Mendeslə görüşəcəyi bildirilir.


Xəbər xətti