"Neftçi"də yeni müqavilə

19:54 17 İyun 2018

"Neftçi” daha bir futbolçu ilə müqavilə müddətini artırıb.

 

Sportarena.az xəbər verir ki, ötən mövsüm “neftçilər”in heyətində çıxış edən Emin Mahmudov daha 2 il ağ-qara formanı geyinəcək.

 

Milli komandamızın da üzvü olan 26 yaşlı yarımmüdafiəçi ötən mövsüm 27 oyunda 2 qola imza atıb.

 

“Neftçi”də bundan əvvəl Ruslan Abışov, Kiril Petrov və Məhəmməd Mirzəbəyovla da müqavilə yenilənmişdi.


Digər xəbərlər

Xəbər xətti