Dani Kintananın "Qarabağ"dakı taleyinə aydınlıq gəldi

20:33 17 İyun 2018

Son Azərbaycan çempionu "Qarabağ" Ansi Aqollinin ardından daha bir futbolçuyla yeni müqavilə imzalayıb.

 

Sportarena.az xəbər verir ki, geridə qalan mövsümün sonunda müqaviləsi başa çatan Dani Kintanayla 2 illik yeni müqavilə imzalanıb.

 

İspaniyalı futbolçu artıq komandayla məşqlərdə iştirak edir.

 

"Qarabağ" bu il Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək. Komanda son mövsümdə ÇL-in qrup mərhələsinə vəsiqə qazanmışdı.


Digər xəbərlər

Xəbər xətti