“Neftçi”də fasilə başa çatdı

10:14 18 İyun 2018

“Neftçi” 2018/19 mövsümü üçün təlim-məşq toplanışının ilk hissəsinə start verib.

 

Sportarena.az xəbər verir ki, komanda dünən klubun bazasında məşq edib. Əsasən fiziki və toplu çalışmalardan ibarət olan hazırlıq prosesində Dario Frederiko və Baqali Dabodan başqa bütün futbolçular iştirak ediblər. Frederiko iyunun 19-dan, Dabo isə sabahdan etibarən məşqlərə qoşulacaq. Əvəzedici heyətdən cəlb olunmuş Fərid Abbaslı, Ömər Buludov, Elçin Əsədov və Elvin Sərkərov da bugünki məşqdə iştirak ediblər. Əvəzedicilərdən daha bir futbolçu – 19 yaşlı Əli Şirinov sabahdan məşqlərə qatılacaq.

 

Qeyd edək ki, komanda bu gün iki dəfə məşqə çıxacaq. Saat 10:00 və 17:00-da başlayacaq hər iki hazırlıq prosesi "Neftçi”nin İsmət Qayıbov adına təlim-məşq bazasında baş tutacaq. Saat 17:00-da başlayacaq ikinci məşq azarkeşlər və media nümayəndələri üçün açıq olacaq.


Xəbər xətti