Belçikadan darmadağın, İngiltərə son dəqiqələrdə sevindi - YENİLƏNİB

23:57 18 İyun 2018

Bu gün DÇ-2018 çərçivəsində növbəti oyunlar keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, bu gün 3 qarşılaşma baş tutacaq. F qrupunda ilk tura yekun vurulacaq. Almaniya və Meksikanın qrupunda yer alan İsveçlə Cənubi Koreya üz-üzə gələcək. G qrupunda əvvəlcə meydana Belçika və Panama yığmaları çıxacaq. Panama bu oyunla dünya çempionatında debüt edəcək. Günün son qarşılaşmasında isə futbolun yaradıcıları İngiltərə Tunisi sınağa çəkəcək.

 

DÇ-2018: 1-ci tur

18 iyun

F qrupu

16:00 İsveç - Cənubi Koreya 1:0

Qol: Andreas Qranqvist, 65.

Hakimlər: Xoel Aqilar, Xuan Zumba (hər ikisi Salvador), Xuan Karlos Mora (Kosta-Rika), Norbert Xauata (Taiti)
Nijni Novqorod. Şəhər stadionu

 

G qrupu
19:00 Belçika - Panama 3:0

Qol: Dres Mertens, 47. Romelu Lukaku, 69; 75.
Hakimlər: Canni Sikazu (Zambiya), Jerson dos Santos (Anqola), Zaxele Sivela (CAR), Ryudzi Sato (Yaponiya)
Soçi. “Fişt” stadionu

 

22:00 Tunis - İngiltərə 1:2

Qol: Feryani Sassi, 35-pen - Harri Keyn, 11; 90+1.
Hakimlər: Vilmar Roldan, Aleksander Quzman, Kristian de la Kruz (hamısı Kolumbiya), Rikardo Montero (Kosta-Rika)
Volqoqrad. “Volqoqrad Arena”


Xəbər xətti